Argentinadakı səfirimiz etimadnaməsini Boliviya prezidentinə təqdim etdi
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymaya təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən XalqTV.com-a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb.
Prezident E.Morales də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Görüşdə səfir R.Aslanov Prezident E.Moralesə Azərbaycan haqqında ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan və Boliviya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident E.Morales səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində