idman
"Cerrardın yaxşı mütəxəssis olmaq imkanı var"
Karyerasını ötən mövsüm başa vuran Xabi Alonso sabiq komanda yoldaşı Stiven Cerrardın "Liverpul"un U-19 komandasına baş məşqçi kimi faydalı olacağına inanır.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 5 il "qırmızılar"ın şərəfini qorumuş eks futbolçu bunları deyib:
"Mən Cerrardın məşqçilik karyerasında atdığı addımları diqqətlə izləyirəm. Onun yaxşı mütəxəssis olmaq və bir zaman "Liverpul"un əsas komandasında işləmək üçün yaxşı şansı var. Stivin dərin futbol bilgisi gənclərə kömək edəcək. Amma hər yaxşı futbolçu güclü məşqçi olmaya da bilir".
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR