İqtisadiyyat

Azərbaycanlı milyarder şirkətini Səudiyyə Ərəbistanından çıxarır

  • 17 May 2017
  • 243 baxış

Rusiyanın "LUKoil" şirkəti Səudiyyə Ərəbistanındakı layihəsindən çıxmaq qərarına gəlib.

XalqTV.com report-a istinadən xəbər verir ki, bu açıqlamanı şirkətin rəhbəri Vahid Ələkbərov verib.

Qeyd edək ki, "LUKoil" şirkəti "LUKoil Saudi Arabia Energy Ltd." (Luksar) müştərək şirkəti kimi Səudiyyə Ərəbistanında qazma işləri həyata keçirib. Şirkətin 80%-i "LUKoil Overseas"ə, 20%-i isə "Saudi Aramco" dövlət nerft-qaz şirkətinə aid olub.

"Biz qərar verdik, Səudiyyə Ərəbistanından gedirik. "Saudi Aramco" qazdığımız quyuları götürür. Amma qərara gəlmişik ki, tərəfdaş olaraq xarici layihələrdə iştirak edəcəyik. Biz İraq və digər ölkələrdə öz fəaliyyətimizi birlikdə davam etdirə bilərik", - deyə V.Ələkbərov bildirib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR