idman

Bu gün Vəli Qasımovun ad günüdür

  • 04 Oct 2017
  • 276 baxış

Bu gün "Neftçi"nin veteran futbolçusu Vəli Qasımovun doğum günüdür.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, 1968-ci ildə dünyaya gəlmiş sabiq hücumçu 1987-1991-cı illər ərzində "ağ-qaralar"ın heyətində 165 oyun keçirib, 61 qol vurub. 

1990-cı ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilən Qasımov Rusiyada "Spartak"la "Dinamo", İspaniyada "Betis", "Albasete" və "Esixe", Portuqaliyada "Vitoriya" və "İmortal" klublarının da şərəfini qoruyub.

Milli komandada 1994-1998-ci illərdə 14 matça çıxan veteran futbolçu 2016-cı ildə "Neftçi" klubunun baş məşqçisi də işləyib. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR