Rəsul Çunayev İslamiadanı bürünclə başa vurdu - YENİLƏNİB
18:49
Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu dəfə güləşçimizin rəqibi Türkiyə təmsilçisi İlker Sönmez olub.
İdmançımız rəqibini 4:1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
--------------
11:09
Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazana bilməyib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, final uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Gerayi Məhəmmədəli olub.
R.Çunayev rəqibinə 6:5 hesabı ilə məğlub olaraq finala vəsiqə qazanmaq şansını itirib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
---------
10:16
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, Azərbaycan güləşçisi Rəsul Çunayev (71 kq) mübarizəyə 1/4 finaldan qoşulub.
O, Əlcəzair güləşçisi Akrem Budjemlinlə qarşılaşıb. R.Çunayev rəqibini 8:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində