idman
AFFA-dan azarkeşlərə şad xəbər
Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişinə şərait yaradılacaq.
XalqTV.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.
Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR