idman

Karlo Ançelottinin əvəzinə Lui van Qal

  • 04 Oct 2017
  • 230 baxış

"Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz qalan Lui van Qal "Bavariya"nı çalışdıra bilər.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi Karlo Ançelottinin istefaya göndərilməsindən sonra boş qalan baş məşqçi postuna hollandiyalı mütəxəssisi gətirməyi düşünür. 

Bundesliqa təmsilçisi ilə Luis Enrikenin də adı birgə hallanır. Lakin onunla müqayisədə van Qalın "Bavariya"nı çalışdırmaq ehtimalı daha çoxdu. Belə ki, 66 yaşlı məşqçi münhenlilərin Çempionlar Liqasında PSJ ilə keçirdikləri matçı (0:3) tribunadan izləyib. Məhz həmin görüşdən sonra Ançelotti istefaya göndərilib.

Bundan əlavə, van Qal "Bavariya" üçün yad sima deyil. O, 2009-2011-ci illərdə bu komandanı çalışdırıb.

Qeyd edək ki, "Bavariya" Lui van Qalın rəhbərliyi altında Bundesliqa, Almaniya Kuboku və Superkubokunun qalibi adını qazanıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR