idman

Quzanlıda cüdo bayramı - FOTOSESSİYA

  • 04 Oct 2017
  • 251 baxış

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyi davam edir.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu dəfə zona yarışı Ağdamın Quzanlı qəsəbəsində baş tutub.

Aran Qarabağ bölgə çempionatında Yevlax, Bərdə, Ağdam, Ağcabədi, Göyçay, Goranboy, Zərdab, Ucar, Xocalı, Naftalan, Beyləqan, Laçın rayonundan 200-dən çox yeniyetmə cüdoçu mübarizə aparır. İlk gün 2004-2006-cı il təvəllüdlü cüdoçular medallar uğrunda yarışıblar.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar, hədiyyələr təqdim olunub.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR