idman
Lukaku fərdi proqramla məşq edir
"Mançester Yunayted"in futbolçusu Romelu Lukaku Belçika millisinin düşərgəsində yüngül zədələnib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı forvard topuq nahiyəsindəki ağrılara görə bazaertəsi keçirilən məşqi buraxıb. Tibbi müayinədən sonra Lukakunun zədəsinin ciddi olmadığı aydınlaşıb.
O, qarşıdakı bir neçə günü indvidual proqramla məşq edəcək. Hücumçunun Bosniya (7 oktyabr) və Kiprlə (10 oktyabr) oyunlarda meydana çıxması sual altındadır.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR