Bakı-2017: Qadın voleybolçularımız finala çıxdı - YENİLƏNİB
17:58
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət voleybol yığması Tacikistanla qarşılaşıb.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, millimiz hər üç setdə rəqib göz açmağa imkan verməyib - 3:0 (25:6, 25:10, 25:6).
Beləliklə, komandamız sabah keçiriləcək finalda qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
----------
15:01
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışı davam edir.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, millimiz qrup mərhələsinin son oyununda Türkmənistanla qarşılaşıb. Buna qədər Pakistanı 3:0, Türkiyə yığmasını isə 3:2 hesabı ilə məğlub edən kişi idmançılarımız bu dəfə türkmənistanlı rəqiblərinə qalib gəliblər - 3:0.
Beləliklə, voleybol yığmamız qrup lideri kimi yarımfinala yüksəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində