idman

Almaniya - Azərbaycan oyununda islandiyalı hakimlər

  • 03 Oct 2017
  • 255 baxış

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Almaniya - Azərbaycan matçının hakimləri bəlli olub.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, UEFA Kotbusda keçiriləcək görüşə təyinatları açıqlayıb. 

Oktyabrın 6-da baş tutacaq qarşılaşmanı islandiyalı hakimlər idarə edəcək. Görüşün baş hakimi Vilhyalmur Torarinsson olacaq.

Onun köməkçisi funksiyasını Qilfi Mar Siqurdsson və Frosti Vidar Qunnarsson yerinə yetirəcək. Görüşün dördüncü hakimi isə Toroddur Hyaltalindi.

Qeyd edək ki, "Frendşaft" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR