İqtisadiyyat

Hökumət "Azərsu"ya 178 mln. manat subsidiya ayırdı

  • 03 Oct 2017
  • 294 baxış

Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il və 17  mart 2017-ci il tarixli sərəncamlarına asasan "Azərsu" ASC-yə müvafiq olaraq 149,5 mln. manat və 14 mln. manat məbləğində subsidiyalar ayrılıb.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında deyilir.

Sənəddə vurğulanıb ki, subsidiyalar cari infrastruktur layihələrinin tikintisi və su təchizatı sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulub.

Bundan başqa, Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli sərəncamına uyğun olaraq cari infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün "Azərsu" ASC-yə 14,7 mln. məbləğində maddi yardım ayrılıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR