"Real"la "Barsa" oyunçusu arasında qalmaqal
İspaniya milli komandasının futbolçuları Serxio Ramos və Jerar Pike arasında məşq zamanı dava düşüb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, buna Kataloniyanın İspaniyadan ayrılıb müstəqilliyini elan etməsi ilə bağlı referendum səbəb olub. "Real Madrid"in kapitanı olan Ramos "Barselona"nın formasını geyinən Pikeni yığmanın düşərgəsində əhval-ruhiyyəni pozmaqda ittiham edib.
Daha əvvəl ispaniyalı azarkeşlər yığmanın Madriddə baş tutan məşq prosesi zamanı Jerar Pikeni fitə tutmuşdu. Fanatlar hesab edir ki, 30 yaşlı kataloniyalı futbolçu sosial şəbəkələrdə səsləndirdiyi fikirlərlə yığmaya ziyan vurur. Referendum oktyabrın 1-də keçirilib. Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon prosesdə iştirak edənlərdən 90 faizinin müstəqillik lehinə səs verdiyini açıqlayıb.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində