idman

Qvardiola: "Mən olsam, bu oyuna çıxmazdım"

  • 03 Oct 2017
  • 248 baxış

"Mançester Siti"nin baş məşqçisi Qvardiola Kataloniyada baş verənlərə rəğmən "Barselona" - "Las Palmas" matının təxirə salınmamasını tənqid edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Barselona"nın sabiq çalışdırıcısı Katalon mətbuatına açıqlamasında belə deyib: "Bu oyun keçirilməməli idi. Madam ki, oynamağa qərar verilib, o zaman azarkeşlər də stadionda olmalı idi. Mən olsam, bu oyuna çıxmazdım". 

Qvardiola İspaniyanın idman mədəniyyəti, şəhərləri və ədəbiyyatı ilə nümunə olduğunu qeyd edərkən, "ölkədə öz gələcəyi ilə bağlı qərar verən insanlar olduğu qəbul olunmalı və onlara hörmətlə yanaşılmalıdır. İspaniyada həqiqətlərin üstü örtülə bilər, ancaq orda baş verənlər media vasitəsi ilə bütün dünyada göstərildi", - deyə əlavə edib.

Katalon mütəxəssis ispan mətbuatının yazdıqlarına inanmadığını da vurğulayıb: "Polis əməkdaşlarının yaralandığı yazılıb. Nə ilə yaralanıblar? Verilən səslərlə? Əslində tam əksi oldu. Məktəblərə səs verməyə gedən insanlar yaralandı. Görüntülər hər şeyi deyir. İspaniya kralı baş verənlərə görə cavab verməlidir". 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR