Siyasət

GUAM ölkələrinin xarici işlər nazirləri Tbilisidə görüşəcəklər

  • 03 Oct 2017
  • 243 baxış

GUAM ölkələri xarici işlər nazirlərinin görüşü oktyabrın 8-də Tbilisidə keçiriləcək.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşdən sonra mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, görüş qurumun yaradılmasının 20 illiyinə həsr olunacaq: "Azərbaycan təşkilatın inkişafında maraqlıdır. Bu gün ukraynalı həmkarımla GUAM ölkələri ərazisindən tranzit məsələsini müzakirə etdim. Fikrimcə, bu məsələ bütün üzv dövlətlər üçün səmərəli olacaq".

Öz növbəsində, Ukraynanın xarici işlər naziri P.Klimkin bildirib ki, GUAM ölkələri eyni siyasi çağırışlarla üz-üzədir: "Təşkilatın hər bir üzv ölkəsini sürətli iqtisadi artım gözləyir. Biz bir sıra birgə iqtisadi layihələr həyata keçirə bilərik. Hesab edirəm ki, Xəzər və Qara dəniz ölkələrini birləşdirən unikal əməkdaşlıq modelimiz var".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR