idman
"Barselona"nın futbolçusu ata oldu
"Barselona"nın yarımmüdafiəçisi Andres İniesta növbəti dəfə ata olub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, onun qızı dünyaya gəlib. İniesta və Anna Ortiz cütlüyü qıza Siena adını verib. Futbolçu İnstagram səhifəsində bu barədə paylaşım edib. İniesta Ortizlə 2012-ci ildə ailə qurub. Onların Valeriya (6 yaş) və Paolo Andrea (1.5 yaş) adlı iki övladı var.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR