idman

Bakı-2017: Atıcılıq komandamız gümüş medal qazandı

  • 17 May 2017
  • 244 baxış

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan dairəvi stend üzrə qarışıq komanda yarışında gümüş medal qazanıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, Emin Cəfərov və Nurlana Cəfərovadan ibarət ikinci komandamız finalda Bəhreynə uduzub - 24:27.

Niyaz Ağazadə və Regina Meftahətdinovadan ibarət birinci komandamız isə üçüncü yer uğrunda qarşılaşmada türkiyəli atıcılara məğlub olaraq yarışı medalsız başa vurub - 25+1:25+2.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR