idman
"Səbail"in legionerləri milliyə çağırıldı
"Səbail"in iki legioneri milli komandalarına dəvət alıb.
XalqTV.com qol.az-a istinadən yaydığı xəbərə görə, Elman Taqayev Türkmənistan, Ayron Stati isə Kurasao milli komandasının heyətinə dəvət olunub.
Türkmənistan yığması oktyabrın 10-da Asiya kubokunun seçmə mərhələsi çərçivəsində Aşqabadda Sinqapur millisini qəbul edəcək. Kurasao yığması isə hazırlıq matçında səfərdə Qətərlə ilə üz-üzə gələcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR