idman

"Türkiyədə boş vaxtını keçirmək üçün təkcə zavoda işə düzələ bilərsən"

  • 02 Oct 2017
  • 260 baxış

"Karabükspor"un hücumçusu Yevqeni Seleznyov Ukrayna mətbuatına açıqlama verib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli forvard Türkiyədəki həyatından söhbət açıb.

"Türkiyədə rus və ingiliscə danışıram. Hərdən ingilis sözləri yadımdan çıxır, ruscaya keçirəm. Bu zaman məni başa düşmürlər. Deyirəm ki, məni niyə anlamırsan? Orda boş vaxtını keçirmək üçün təkcə zavoda işə düzələ bilərsən. Həyat tam fərqlidir. Restoran, bar, diskoteka, bilyard zalları istisna olmaqla infrastruktur yaxşıdır. Kinoteatra gedib yeniçərilərə aid türk dilində filmlərə baxmayacam ki. Türkiyəyə gələndə evimə futbol agentləri təşrif buyurdu. Komanda və məvacibin mənə fərqi yox idi...Demirəm ki, pis maaş alıram. Təkcə bir şeyi soruşdum: "Burda yaşayacam?".

"Qalatasaray"a transfer? Hələ ki "Karabükspor"da oynayıram. Başqa nə deyə bilərəm? Vəziyyət belədir. Yay transfer pəncərəsinin son günündə "Qalatasaray"ın məşqçisi ilə telefonda danışdım. Özü mənə zəng vurmuşdu. Nəticə indi gördüyünüz kimidir. Həyat davam edir. Üzərimdə işləyib qışı gözləyəcəm".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR