Siyasət

Minsk Qrupunun yeni həmsədri regiona səfər edəcək

  • 02 Oct 2017
  • 264 baxış

Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə Yerevan və Bakıya səfər edəcək və vəziyyətlə tanışlıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək.

XalqTV.com xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bölgədə olduğu zaman Şofer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

Dağlıq Qarabağ münaqişəsinin danışıq yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflərlə fəal şəkildə işləyəcək. ABŞ-ın Minsk Qrupundakı həmsədri Şofer Birləşmiş Ştatların uzunmüddətli və Minsk Qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyi dəstəkləyir. Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Yekun Aktının və gücün və ya güc təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq qanun əsasında qərarlaşmalıdır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR