idman

"Goal-line" texnologiyası səhvən qol qeydə alıb

  • 02 Oct 2017
  • 247 baxış

Fransa Liqasının 7-ci turunda keçirilən "Renn" - "Kann" oyununda maraqlı hadisə baş verib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, onlayn qol sistemi səhvən topun qapı xəttini keçməsini qeydə alıb. Meydan sahiblərinin futbolçusu Vahbi Xəzri künc zərbəsini yerinə yetirərəkən "Kann"nin qolkiperi Remi Verkurt topu qaytarsa da, qol fiksasiyası barədə ona məlumat verilib. Rəqib komandanın futbolçuları tərəfindən etiraza məruz qalan referi Amauri Deleru daha sonra düzgün qərar verərək qolu hesaba almayıb. Oyun "Renn"in minimal hesablı qələbəsi ilə başa çatıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR