idman

"Heç kimə imkan verməyəcəyik ki, diqqətimizi yayındırsın"

  • 02 Oct 2017
  • 217 baxış

İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi Jerar Pike haqqında fikirlərini bölüşüb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis onun sosial şəbəkə vasitəsilə Kataloniyanın müstəqilliyini dəstəkləmək barədə çağırışından xəbərdar olduğunu deyib.

"Seçmə mərhələsində bizi gözləyən oyunlara köklənmək istəyirəm. Bir neçə idman adamı bunları mənə deyib. Amma futbolçuları oyuna yanaşmasına görə mühakimə edirəm. Pike sarıdan şübhəm yoxdur. O, bizimlə məşq edəcək və əvvəlki əhəmiyyətini saxlamaqdadır. Jerar İspaniya millisinin ürəyinin bir hissəsidir. Heç kimə imkan verməyəcəyik ki, diqqətimizi yayındırsın".

İspan azarkeşlər millinin oyunlarında katalon müdafiəçi müntəzəm olaraq fitə tuturlar. Futbolçu isə yığmada oynamaq şərəfinə nail olduğuna görə xoşbəxt olduğunu bildirir. Qeyd edək ki, Kataloniya mütəqillik qazansa, "Barselona" La Liqada oynaya bilməyəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR