idman

İslamiadada boks yığmamızın ilk medalının əyarı bilindi

  • 17 May 2017
  • 227 baxış

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsinə start verilib.

XalqTV.com xəbər verir ki, Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb.

56 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançı özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşüb. 1/4 finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran T.Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb.

Nəticədə T.Əliyev İslamiadanı bürünc medalla başa vurub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR