idman

Milliyə dəvət alandan 2 gün sonra karyerasını bitirdi

  • 02 Oct 2017
  • 235 baxış

İrlandiya millisi və "Colorado Rapids" klubunun hücumçusu Kevin Doyl karyerasını başa vurub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı forvard müntəzəm baş ağrılarına görə butslarını mismardan asıb. Bu mövsüm Doyl 2 dəfə başından zərbə alıb. O, topa başla zərbə vuranda və oyundan sonra ağrılar hiss etməyə başladığını bildirib. İrland futbolçu daha ciddi fəsadların yaranmaması üçün təcili olaraq qərarını verib. Doyl İngiltərə Premyer Liqasında "Reading", "Wolverhampton" və "Crystal Palace"dəki oyunu ilə azarkeşlərə tanışdır. Maraqlıdır ki, hücumçu karyerasını başa vurmazdan 2 gün öncə 2018 DÇ seçmə mərhələsində Moldova və Uelsə qarşı oyunlar üçün İrlandiya millisinə dəvət almışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR