idman

KİV: "Milan"ı Lippi çalışdıracaq

  • 30 Sep 2017
  • 259 baxış

Çin yığmasını çalışdıran Marçello Lippi ölkəsinə qayıda bilər.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcının adı "Milan"la birgə hallanır.

Belə ki, "rossonyerlər"in baş məşqçisi postunda Vinçentso Montellanı məhz Lippinin əvəzləyəcəyi bildirilir.
 
69 yaşlı çalışdırıcı məsələ haqda münasibət bildirməyib. Onunla yanaşı, "Bavariya"dan ayrılan Karlo Ançelottinin də "Milan"ın "sükanı arxası"na keçmək variantı var.
 
Qeyd edək ki, əvvəllər İtaliya yığmasını və ölkəsinin bir neçə klubunu çalışdırmış Marçello Lippi heç vaxt "Milan"da işləməyib. O, Çin yığmasına ötən ildən rəhbərlik edir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR