idman
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşdi
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "Zenit"in hücumçusu Aleksandr Kokorin bütün həmkarlarını qabaqlayıb.
Rusiyalı futbolçu UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib olub. O, səslərin 39 faizini toplayaraq, ən yaxın izləyiciləri Konstantin Budesku ("Styaua", 24 faiz) və Manuel Fernandesi ("Lokomotiv", 13 faiz) geridə qoyub.
Qeyd edək ki, "Zenit"in "Real Sosyedad"a 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Kokorin aktivinə 2 qol yazdırıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR