idman

"Bavariya"nın yeni baş məşqçisi məlum olub

  • 30 Sep 2017
  • 249 baxış

Dortmundun "Borussiya" klubunun sabiq baş məşqçisi Tomas Tuxel yaxın müddətdə "Bavariya"nın baş məşqçisi təyin ediləcək.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
 
Məlumata görə, klub rəhbərliyi ilə razılığa gələn T.Tuxel müqavilənin imzalanması üçün Münhenə yola düşüb.
 
Sentyabrın 28-də "Bavariya"nın baş məşqçisi Karlo Ançelotti uğursuz nəticələrə görə istefaya göndərilib. Klub Çempionlar Liqasının II turunda  PSJ-yə 0:3 hesabı ilə məğlub olub, Bundesliqada isə 3-cü pillədə qərarlaşıb.
 
44 yaşlı Tomas Tuxel bundan əvvəl Almaniyanın "Maynts" və "Borussiya" (Dortmund) klublarında çalışıb. Onun rəhbərliyi altında "Borussiya" 2016/17-ci il mövsümündə Almaniya Kubokunu qazanıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR