"Neftçi" "İnter"i məğlub etdi - YENİLƏNİB
17:57
Azərbaycan Premyer Liqasında VII tur çərçivəsində "Neftçi" "İnter"i 2:0 hesabı ilə udub.
----------
16:04
Azərbaycan Premyer Liqasında VII tur çərçivəsində "İnter" - "Neftçi" oyunu başladı.
------------
10:26
Azərbaycan Premyer Liqasında VII tura start verilir.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, qısa fasilə öncəsi baş tutacaq son turda bu gün 2 qarşılaşma oynanılacaq.
Açılış matçında paytaxt təmsilçiləri üz-üzə gələcək. 3 oyundu xal üzünə həsrət qalan və 8 görüşdü qələbə qazana bilməyən "Neftçi" uğursuzluq sindromuna son qoymaq əzmindədi. "Ağ-qaralar" həm cari mövsümdə, həm də Tərlan Əhmədovun rəhbərliyi altında ilk qələbələrini qazanmağa çalışacaq. Rəqib isə ardıcıl 2 heç-heçə ilə liderlərdən uzaq düşən "İnter"di. Zaur Svanadzenin komandası 4-cü pilləni əldən verməmək üçün derbidən qalib ayrılmalıdı. "Neftçi" üzərində son qalibiyyətini ötən ilin sentyabrında əldə edən "İnter" 1 illik qələbə həsrətinə də son qoymaq niyyətindədi.
Turun ilk gününün digər qarşılaşması Qəbələdə keçiriləcək. "Kəpəz"in stadionunda yenidənqurma işləri aparıldığından, Gəncə klubu bu dəfə "Qəbələ"nin qonağı olacaq. Ardıcıl 3 məğlubiyyət alan qərblilərin xal həsrətini dayandırmaq arzusunun reallaşması inandırıcı görünmür. Çünki "Kəpəz" geridə qalan 6 turda cəmi 1 xal toplayıbsa, "Qəbələ" liderlər zonasında qərarlaşır. Mövsümün əvvəlindəki uyğunlaşma dönəmini geridə qoyan və son 15 ev matçının hamısında rəqiblərinin qapısına yol tapan Roman Qriqorçukun yetirmələri qarşılaşmanın aşkar favoritidi.
Azərbaycan Premyer Liqası
VII tur
29 sentyabr (cümə)
16:00. "İnter" - "Neftçi"
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əli Hüseynov
"İnter Arena"
18:30. "Qəbələ" - "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
1 | Qarabağ | 5 | 5 | 0 | 0 | 12-3 | 15 |
2 | Zirə | 6 | 4 | 2 | 0 | 12-5 | 14 |
3 | Qəbələ | 6 | 4 | 1 | 1 | 10-6 | 13 |
4 | İnter | 6 | 2 | 2 | 2 | 7-7 | 8 |
5 | Sumqayıt | 6 | 2 | 1 | 3 | 6-10 | 7 |
6 | Səbail | 5 | 2 | 0 | 3 | 4-6 | 6 |
7 | Neftçi | 6 | 0 | 1 | 5 | 3-9 | 1 |
8 | Kəpəz | 6 | 0 | 1 | 5 | 3-11 | 1 |
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində