idman

"Neftçi"də yeni mətbuat xidməti rəhbəri

  • 29 Sep 2017
  • 243 baxış

"Neftçi" klubunda yeni təyinat rəsmiləşib.

XalqTV.com-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar"ın yeni mətbuat xidmətinin rəhbəri müəyyənləşib.

Rüstəm Əfsərlinin gedişindən sonra boş qalmış posta Anar Şabanoğlu gətirlib. O, oktyabrın 1-dən etibarən işinin icrasına başlayacaq.
 
Qeyd edək ki, 18 ildi jurnalist kimi fəaliyyət göstərən Anar Şabanoğlu "Futbol+", "İdman", "525-ci qəzet"də, həmçinin "CBC Sport" telekanalında çalışıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR