idman

"Deloitte" komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı oldu

  • 29 Sep 2017
  • 240 baxış

"Deloitte" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR "Biznes liqa" çempionatının iştirakçısı olub.

Trend-in məlumatına görə, ABL Cup 2017-18 formatında və miqyasında turnir Azərbaycanda ilk dəfə və Azfargroup-un meydançalarında keçiriləcək.

"Deloitte" Azərbaycanda audit, vergi və hüquq, konsaltinq və maliyyə məsləhəti sahəsində peşəkar xidmətlər göstərən şirkətdir. Şirkət fərdi uğurları ilə yanaşı idman, xüsusi ilə futbol sahəsində də, uğurlara imza atıb. Komandanın indiki heyəti 2016-cı ilin Fevral ayında 1-ci "Big4 Football Championship"-ə qatılanda formalaşıb. Yüksək komanda ruhu və motivasiya sayəsində həmin çempionatda 2-ci yerin sahibi oldular. Əldə etdikləri uğurlu nəticə, komandaya ASEP (AZFAR SPORTS EVENTS AND PROMOTION) şirkətinin təşkil etdiyi ABL Cup 2017/18 turnirinə qatılmağa stimul verib. Komanda, maraqlı oyun və güclü rəqabət ilə dolu ABL Cup 2017/18 korporativ turnirində iştirakını səbrsizliklə gözləyir.

Azərbaycan şirkətləri arasında keçiriləcək mini-futbol üzrə "Biznes-liqa" korporativ turnirinə qeydiyyat davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az, eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, XalqTV.com, Azernews.az, Dsport.az, ATV

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR