idman

Ançelotti gedərkən də jest etdi

  • 29 Sep 2017
  • 254 baxış

"Bayer Munxen"in baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi müvəqqəti olaraq köməkçi-məşqçi Villi Sanyola həvalə olunub. O, komandanı Bundesliqanın VI turunda "Hertha" ilə görüşə çıxaracaq. Oyundan sonra yeni baş məşqçinin adı açıqlanacaq.

Karlo Ançelotti ona veriləcək 17,6 milyon avroluq təzminatı "haqqım deyil" deyərək rədd edib.

Qeyd edək ki, "Bayer Munhen" ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Fransada PSJ-yə 0:3 hesabı ilə uduzub.

Münhenlilər Bundesliqada 6 turdan sonra 13 xalla 3-cü pillədə qərarlaşıb. Karlo Ançelotti 1 iyul 2016-cı ildən Almaniya təmsilçisinə rəhbərlik edir.

Onun komandası ötən mövsüm ölkə çempionu olub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR