Azərbaycana "Ostersun" təhlükəsi
Avropa Liqasının qrup mərhələsinin II turundan sonra UEFA reytinqi açıqlanıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, həftənin avrokubok günündə baş tutan 24 qarşılaşma cədvəldə bəzi dəyişikliklərə səbəb olub.
Bir sıra ölkələrin xal hesabı artsa da, yalnız üçü mövqeyini yaxşılaşdıra bilib. Avstriya Yunanıstanı arxada qoymağı bacarıb. Onlar Ellada təmsilçisini 12-ci sıradan sıxışdırıb.
22-ci pillədə olan Azərbaycanın mövqeyi dəyişməz qalıb. Avropa Liqasında komandamız olmadığından xal hesabımız artmayıb. Amma izləyicilərimizlə xal fərqinin böyük olması mövqeyimizi qorumaq üçün yetərli olub.
Buna baxmayaraq, cari mövsümdə 3,875, son 5 ilin nəticələrinə görə hesablanan reytinqdə 18,625 xalı olan Azərbaycan real təhlükə ilə üzləşib. Çünki yenə ən yaxın izləyicimiz dəyişib. "Ostersun"un qələbəsi sayəsində Şotlandiyanı keçən İsveç 23-cü pilləyə qalxıb. Skandinaviyalılar Azərbaycana da yaxınlaşıb. Cəmi 0,150 xal önündə qərarlaşmağımız şimal təhlükəsinin böyüklüyündən xəbər verir. "Ostersun"un 1 heç-heçəsi mövqeyimizi əldən verməklə nəticələnəcək.
Daha bir dəyişiklik də izləyicilərimiz arasında olub. Bolqarıstan 25-ci pilləyə yüksəlib. Balkanlılar Belarusu arxada qoyub.
Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir - 92,855 xal.
yer | Ölkə | 13/14 | 14/15 | 15/16 | 16/17 | 17/18 | Cəmi | komand |
1 | İspaniya | 23.000 | 20.214 | 23.928 | 20.142 | 5.571 | 92.855 | 7/ 7 |
2 | İngiltərə | 16.785 | 13.571 | 14.250 | 14.928 | 6.928 | 66.462 | 7/ 7 |
3 | İtaliya | 14.166 | 19.000 | 11.500 | 14.250 | 6.000 | 64.916 | 6/ 6 |
4 | Almaniya | 14.714 | 15.857 | 16.428 | 14.571 | 2.428 | 63.998 | 6/ 7 |
5 | Fransa | 8.500 | 10.916 | 11.083 | 14.416 | 4.333 | 49.248 | 5/ 6 |
6 | Rusiya | 10.416 | 9.666 | 11.500 | 9.200 | 5.600 | 46.382 | 4/ 5 |
7 | Portuqaliya | 9.916 | 9.083 | 10.500 | 8.083 | 4.666 | 42.248 | 5/ 6 |
8 | Belçika | 6.400 | 9.600 | 7.400 | 12.500 | 1.200 | 37.100 | 2/ 5 |
9 | Ukrayna | 7.833 | 10.000 | 9.800 | 5.500 | 3.400 | 36.533 | 3/ 5 |
10 | Türkiyə | 6.700 | 6.000 | 6.600 | 9.700 | 3.000 | 32.000 | 3/ 5 |
11 | Hollandiya | 5.916 | 6.083 | 5.750 | 9.100 | 1.700 | 28.549 | 2/ 5 |
12 | Avstriya | 7.800 | 4.125 | 3.800 | 7.375 | 4.500 | 27.600 | 2/ 4 |
13 | Yunanıstan | 6.100 | 6.200 | 5.400 | 5.800 | 3.700 | 27.200 | 2/ 5 |
14 | Çexiya | 8.000 | 3.875 | 7.300 | 5.500 | 2.500 | 27.175 | 3/ 5 |
15 | İsveçrə | 7.200 | 6.900 | 5.300 | 4.300 | 2.100 | 25.800 | 3/ 5 |
16 | Xorvatiya | 4.375 | 6.875 | 4.500 | 5.125 | 3.875 | 24.750 | 1/ 4 |
17 | Danimarka | 3.800 | 2.900 | 5.500 | 8.500 | 4.000 | 24.700 | 1/ 4 |
18 | İsrail | 5.750 | 1.375 | 2.250 | 6.750 | 4.875 | 21.000 | 2/ 4 |
19 | Kipr | 2.750 | 3.300 | 3.000 | 5.500 | 6.250 | 20.800 | 2/ 4 |
20 | Polşa | 3.125 | 4.750 | 5.500 | 3.875 | 2.875 | 20.125 | 4 |
21 | Rumıniya | 6.875 | 5.125 | 2.250 | 3.300 | 1.900 | 19.450 | 1/ 5 |
22 | AZƏRBAYCAN | 2.500 | 3.625 | 4.375 | 4.250 | 3.875 | 18.625 | 1/ 4 |
23 | İsveç | 3.200 | 3.900 | 4.750 | 2.750 | 3.875 | 18.475 | 1/ 4 |
24 | Şotlandiya | 3.250 | 4.000 | 3.000 | 4.375 | 3.500 | 18.125 | 1/ 4 |
25 | Bolqarıstan | 5.625 | 4.250 | 1.000 | 4.250 | 3.000 | 18.125 | 1/ 4 |
26 | Belarus | 1.750 | 5.500 | 5.125 | 3.000 | 2.500 | 17.875 | 1/ 4 |
27 | Norveç | 2.600 | 2.200 | 7.250 | 1.375 | 3.500 | 16.925 | 1/ 4 |
28 | Qazaxıstan | 3.125 | 3.375 | 4.625 | 2.750 | 2.500 | 16.375 | 1/ 4 |
29 | Serbiya | 2.500 | 2.750 | 4.250 | 2.875 | 3.625 | 16.000 | 2/ 4 |
30 | Sloveniya | 2.625 | 4.000 | 1.000 | 2.250 | 4.125 | 14.000 | 1/ 4 |
31 | Lixtenşteyn | 1.000 | 2.500 | 5.000 | 2.500 | 2.000 | 13.000 | 1 |
32 | Slovakiya | 1.625 | 2.750 | 3.750 | 2.125 | 1.875 | 12.125 | 4 |
33 | Moldova | 3.375 | 1.750 | 1.250 | 0.875 | 1.500 | 8.750 | 1/ 4 |
34 | İslandiya | 2.500 | 2.500 | 1.125 | 1.000 | 1.125 | 8.250 | 4 |
35 | Macarıstan | 0.875 | 2.125 | 1.625 | 1.875 | 1.625 | 8.125 | 4 |
36 | Albaniya | 2.000 | 0.875 | 2.125 | 0.875 | 1.875 | 7.750 | 1/ 4 |
37 | Makedoniya | 0.500 | 1.125 | 1.500 | 1.250 | 2.875 | 7.250 | 1/ 4 |
38 | Finlandiya | 0.500 | 2.400 | 1.000 | 1.750 | 1.250 | 6.900 | 4 |
39 | İrlandiya | 0.250 | 2.000 | 0.700 | 2.625 | 1.125 | 6.700 | 4 |
40 | Bosniya H. | 1.500 | 1.750 | 1.500 | 0.500 | 1.375 | 6.625 | 4 |
41 | Latviya | 1.625 | 0.250 | 1.625 | 1.375 | 0.750 | 5.625 | 4 |
42 | Estoniya | 1.000 | 1.500 | 1.000 | 1.375 | 0.625 | 5.500 | 4 |
43 | Litva | 1.250 | 0.500 | 0.750 | 0.500 | 2.375 | 5.375 | 4 |
44 | Monteneqro | 1.250 | 0.750 | 1.000 | 0.875 | 1.125 | 5.000 | 4 |
45 | Gürcüstan | 1.875 | 1.250 | 0.625 | 1.125 | 0.125 | 5.000 | 4 |
46 | Ermənistan | 1.125 | 0.375 | 1.625 | 1.125 | 0.625 | 4.875 | 4 |
47 | Malta | 0.875 | 0.125 | 0.875 | 1.250 | 1.375 | 4.500 | 4 |
48 | Lüksemburq | 1.500 | 0.500 | 0.750 | 0.750 | 0.875 | 4.375 | 4 |
49 | Ş.İrlandiya | 0.875 | 1.375 | 0.750 | 0.500 | 0.750 | 4.250 | 4 |
50 | Uels | 0.750 | 0.125 | 1.500 | 1.000 | 0.500 | 3.875 | 4 |
51 | Farer adaları | 0.875 | 1.375 | 0.375 | 0.375 | 0.750 | 3.750 | 4 |
52 | Cəbəllütariq | 0.000 | 0.250 | 0.750 | 1.500 | 0.500 | 3.000 | 3 |
53 | Andorra | 0.333 | 0.500 | 0.166 | 0.166 | 0.166 | 1.331 | 3 |
54 | San-Marino | 0.333 | 0.000 | 0.000 | 0.000 | 0.166 | 0.499 | 3 |
55 | Kosovo | 0.000 | 0.000 | 0.000 | 0.000 | 0.000 | 0.000 | 2 |
Qeyd: Komanda sütununda "/" işarəsindən öndə mübarizəni davam etdirən komandaların sayı göstərilib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində