Bakıda yeni yoxlama - Sizə də "gizli qonaqlar" gələ bilər
"Milli Turizm Təbliğatı Bürosunun "gizli qonaqlar" layihəsi var. Həmin layihənin icrasına bu ilin may ayında başlamışıq və artıq tətbiq də etmişik. Məsələn, bizim xaricdə təhsil almış əməkdaşlarımızdan iki nəfər gizli qonaq kimi Bakıdakı restoranlara gedir, özlərini yerli, bəzən də əcnəbi turist kimi təqdim edirlər. "Gizli qonaqlar" müşahidələr aparır və sonda gizli yoxlamanın nəticələrini həmin obyektə təqdim edirlər".
/>
Bu barədə XalqTV.com-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.
/>
Büronun sözçüsü deyir ki, "gizli qonaqlar" monitorinq keçirir və sonra restoranın menecerinə, yaxud sahibinə bildirirlər ki, sizdə filan nöqsanlar var: "Bu xidmət Büro tərəfindən pulsuz göstərilir. Bütün hallarda restoranlar bizim əməkdaşların təkliflərini çox müsbət və səmərəli qəbul ediblər. Biz əvvəlcə elan edirik, hansı restoran istəyirsə, bizə müraciət edir. Bizim də əməkdaşlarımız ora gedir. Bu yoxlamadan yalnız menecerin və ya sahibin xəbəri olur, amma digər işçilərin yox. Lakin "yoxlama"nın nə vaxt və konkret kim tərəfindən olacağı gizli saxlanılır, yəni bunu heç sahibkar və ya menecer də bilmir. Biz də məsələn, 3 gün monitorinq aparıb, sonra nəticələr əsasında onlara təkliflərimizi veririk".
/>
Azərbaycana gələn turistlərin ən çox narazı olduğu hallar - SORĞUnun nəticələri
K.Quluzadənin sözlərinə görə, yaxın zamanlarda "gizli qonaq" layihəsinin miqyası daha da genişləndirilə bilər: "İndi eyni qayda ilə bunu otellərdə də etməyə başlayacağıq. Turizm obyektlərini işlətmək asan məsələ deyil. Hər yerdə insan faktoru var. Divarlar tikib, rəngləyib, içinə gözəl mebellər qoyub oranı işıqlandırmaqla iş bitmir. Yaxşı pul qazanmaq istəyirsənsə, gərək insanlara günün tələblərinə uyğun normal xidmət göstərəsən".
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində