Avro-2017: Hollandiya və Serbiya yarımfinalda - YENİLƏNİB
23:44
Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
XalqTV.com Trend-ə istinadən oyunların nəticələrini təqdim edir:
İtaliya - Hollandiya 0:3
Serbiya - Belarus 3:0
Sabah 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək. 1/4 final mərhələsin ikinci günündə Azərbaycan - Almaniya, Rusiya - Türkiyə oyunları keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu - Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.
Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.
Yarışda 16 komanda - A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.
22:17
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün 1/4 final oyunlarına start verilib.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">apasport.az-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında 2 qarşılaşma baş tutub.
Mərhələnin ilk görüşündə İtaliya və Hollandiya yığmaları üz-üzə gəliblər. Çətinliklə üzləşməyən "narıncılar" 3:0 hesablı qələbə qazanaraq, yarımfinala yüksəliblər. Hollandların növbəti rəqibi Azərbaycan - Almaniya cütünün qalibi olacaq.
Günə Serbiya - Belarus oyunu ilə yekun vurulub. Aşkar favorit hesab edilən serblər sensasiyaya imkan verməyiblər. Onlar 3:0 hesablı qələbə sayəsində yarımfinala adlayan ikinci komanda olublar.
Avro-2017
1/4 final mərhələsi
28 sentyabr
İtaliya - Hollandiya - 0:3 (17:25, 20:25, 13:25)
Serbiya - Belarus - 3:0 (25:19, 25:12, 25:14)
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində