İqtisadiyyat

Azərbaycan və Rusiya arasında 5 sənəd imzalandı - FOTO

  • 28 Sep 2017
  • 275 baxış

Rusiyanın Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında sənədlər imzalanıb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, forum çərçivəsində keçirilən plenar iclasın sonunda iki ölkə arasında iqtisadiyyat sahəsində sənədlər imzalanıb.
Sənədlərin imzalanma mərasimi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə baş tutub.
Forumda iki ölkə arasında iqtisadiyyat sahəsi ilə bağlı 5 sənəd imzalanıb. Onların arasında Bakının Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlığa, Azərbaycanın Stavropol diyarının Kislovodsk şəhərində sanatoriya tikintisinə dair sənədlər var. Digər sənədlər isə Rusiya və Azərbaycan şirkətləri arasında imzalanıb.  

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR