idman

Bakıdakı soyuq hava "Roma"nın baş məşqçisinə problem yaratdı - VİDEO

  • 28 Sep 2017
  • 245 baxış

"Roma" Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda təmsilçimiz "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

XalqTV.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, oyundan sonra "canavarlar"ın baş məşqçisi Eysebio Di Françesko axsayan halda görünüb. Mütəxəssis sağ dizində ağrılar hiss edib. İtaliya mətbuatına yer alan məlumata görə, Di Françeskonun dizində uzun müddətdir ki, ağrılar var.

O, bəzən ağrılar hiss edəndə dizinə buz bağlayır. Dünənki yağışlı və soyuq havadan sonra dizində ağrılar hiss edən çalışdırıcı buz bağlamaq məcburiyyətində qalıb.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR