İqtisadiyyat

Bu bankda rəhbərlik dəyişdi

  • 28 Sep 2017
  • 346 baxış

"AtaBank"ın Müşahidə Şurasının tərkibində dəyişikliklər baş verib.

XalqTV.com bildirir ki, Trend bu barədə banka istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, Müşahidə Şurasının sədri vəzifəsinə Fərid Hüseynov təyin olunub. O, bu vəzifədə Əşrəf Kamilovu əvəz edib.

Müşahidə Şurasına Fərid İsayev də daxil olub. Adıgözəl Ağayev Müşahidə Şurasında öz vəzifəsini saxlayıb.

Bundan başqa "AtaBank"ın İdarə Heyətində də dəyişikliklər baş verib. Kamran Orucəliyev İdarə Heyətinin sədr müavini təyin olunub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR