Siyasət

İİTM: Azərbaycanın iqtisadi inkişafı neft amilinə deyil, Prezident İlham Əliyevin islahatlarına əsas

  • 28 Sep 2017
  • 258 baxış

Dünya İqtisadi Forumunun "2017-2018-ci illər qlobal rəqabətqabiliyyətlilik reytinqi"ndə Azərbaycanın mövqeyinin yaxşılaşması Prezident İlham Əliyev siyasətinin nəticəsidir.

XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, bu reytinqdə Azərbaycan ən yüksək göstəricini "sahibkarlıq mədəniyyəti" indeksində 20 pillə yüksəlməklə göstərib.

V.Qasımlı bildirib ki, Azərbaycan bir çox indeksdə öz mövqeyini yaxşılaşdırıb, bu isə onu göstərir ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən islahatlar öz nəticəsini verir: "Bu onu ifadə edir ki, Azərbaycanın iqtisadi inkişafı artıq neft amilinə deyil, Prezident İlham Əliyev tərəfindən keçirilən islahatlara əsaslanır. Yəni, islahatlar öz nəticəsini verir və bu göstəricini digər reytinqlərdə də yaxşılaşdıra bilərik".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR