Stavropolda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu işə başladı - FOTO
Sentyabrın 28-də Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu öz işinə başlayıb.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, o cümlədən ölkəmizdən və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.
Forumun birinci hissəsində sənaye, turizm, aqrar, səhiyyə və humanitar sahələr üzrə "dəyirmi masa"lar keçirilir.
Tədbir çərçivəsində forumun plenar iclası baş tutacaq və Azərbaycanla Rusiya arasında bir sıra sənədlər imzalanacaq.
Həmçinin forum çərçivəsində Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində