idman

"Dünyanın ən pis komandası"nın azarkeşləri ardıcıl qələbələrdən narazıdır

  • 28 Sep 2017
  • 275 baxış

Ləqəbi "Dünyanın ən pis komandası" olan Braziliyanın "İbis" kollektivi azarkeşlərini narazı salıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki,  azarkeşlər komandanın adına uyğun çıxış etməməsindən, yəni ardıcıl qələbələr qazanmasından narahat olub. Sentyabrın 24-də "İbis" Pernambuku ştatının 2-ci liqasında "Ferroviario deo Cabo"nu 1:0 məğlub edib. Bu, klubun ardıcıl 3-cü qələbəsi olub. "İbis" həftəsonu "Limarense"ni məğlub etsə, öz rekordunu yeniləyəcək.

Maraqlıdır ki, "İbis" azarkeşləri xüsusi plakatlar hazırlayaraq futbolçulardan 4-cü qalibiyyəti qazanmamağı istəyiblər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR