idman

Edin Ceko: "Qarabağ"a qalib gəlmək asan deyildi"

  • 28 Sep 2017
  • 264 baxış

"Bütün məsələləri ilk yarıda həll etməli idik. "Qarabağ" qol vurduqdan sonra bizə bir qədər çətin oldu. Bununla belə, rəqibin təzyiqinə dözə bildik və hamımız birgə vacib nəticəyə nail olduq".

XalqTV.com  "Report"a istinadən bildirir ki, bunu İtaliyanın "Roma" klubunun futbolçusu Edin Ceko Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə yendikləri Çempionlar Liqasının qrup mərhələsinin II tur matçından sonra deyib.
Bosniya və herseqovinalı hücumçu əsas məsələnin qələbə olduğunu bildirib: "Yalnız bu fakt əhəmiyyətlidir ki, 3 xal qazandıq. Qalib gəlmək asan deyildi, amma sonda evimizə qələbə ilə qayıdırıq. Hər şey qaydasındadır".
Qeyd edək ki, Edin Ceko 15-ci dəqiqədə "Roma"nın ikinci qolunu vurub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR