"Mançester Yunayted" və PSJ-dən darmadağın, rəqiblərimizin oyununda "Çelsi" qalib gəldi - <span c
Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ"la birlikdə qitənin 16 ən güclü komandası mübarizə aparıblar.
Azərbaycan çempionu "Qarabağ" günün ilk matçında, digərlərindən daha tez başlayan oyunda "Roma" ilə qarşılaşıb. C qrupunun bu oyunu Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsində ilk ev qarşılaşması olub. Görüş qonaqların üstünlüyü ilə başa çatıb - 2:1.
Qrupun digər matçında əsas favoritlər "Çelsi" və "Atletiko" sonuncuların meydanında görüşüb. Londonlular qalib gəliblər.
A qrupunda da liderlər üz-üzə gəlib. İlk turu qalib kimi başa vuran MOİK-lə "Mançester Yunayted" Rusiyada görüşüb. Şimal qonşularımız "Benfika" zəfərinin təsadüf olmadığını doğma publika onündə isbatlamağa çalışsa da, "şeytan"a təslim olublar - 1:4.
Turun ən maraqlı görüşlərindən biri Parisdə baş tutub. Qitənin ən güclüləri sırasında yer alan PSJ və "Bavariya" aşkar favoritləri olduqları qrupun liderliyi üçün ilk dueldə üz-üzə gəlib. Oyun Fransa təmsilsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
27 sentyabr
A qrupu
MOİK (Rusiya) - "Mançester Yunayted" (İngiltərə) - 1:4
Qollar: Kuçaev, 90 - Lukaku, 4, 27, Marsial, 18 (pen.), Mxitaryan, 57
"Bazel" (İsveçrə) - "Benfika" (Portuqaliya) - 5:0
Qollar: Lanq, 2, Oberlin, 20, 69, Van Volfsfinkel, 59, Riveros, 72
1. | Mançester Yunayted | 2 | 2 | 0 | 0 | 7:1 | 6 |
2. | Bazel | 2 | 1 | 0 | 1 | 5:3 | 3 |
3. | MOİK | 2 | 1 | 0 | 1 | 3:5 | 3 |
4. | Benfika | 2 | 0 | 0 | 2 | 1:7 | 0 |
B qrupu
"Anderlext" (Belçika) - "Seltik" (Şotlandiya) - 0:3
Qollar: Qriffits, 38, Kara, 50, Sinkleyr, 90+4
PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 3:0
Qollar: Dani Alves, 2, Kavani, 31, Neymar, 60
1. | PSJ | 2 | 2 | 0 | 0 | 8:0 | 6 |
2. | Bavariya | 2 | 1 | 0 | 1 | 3:3 | 3 |
3. | Seltik | 2 | 1 | 0 | 1 | 3:5 | 3 |
4. | Anderlext | 2 | 0 | 0 | 2 | 0:6 | 0 |
C qrupu
"Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya) - 1:2
Qollar: Pedro, 28 -Manolas, 7, Dzeko, 15
"Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:2
Qollar: Qrizman, 40 (pen.) - Morata, 60, Batşuay, 90+4
1. | Çelsi | 2 | 2 | 0 | 0 | 8:1 | 6 |
2. | Roma | 2 | 1 | 1 | 0 | 2:1 | 4 |
3. | Atletiko | 2 | 0 | 1 | 1 | 1:2 | 1 |
4. | Qarabağ | 2 | 0 | 0 | 2 | 1:8 | 0 |
D qrupu
"Yuventus" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 2:0
Qollar: İquayn, 69, Mancukiş 80
"Sportinq" (Portuqaliya) - "Barselona" (İspaniya) - 0:1
Qol: Koates, 49 (öz qapısına)
1. | Barselona | 2 | 2 | 0 | 0 | 4:0 | 6 |
2. | Sportinq | 2 | 1 | 0 | 1 | 3:3 | 3 |
3. | Yuventus | 2 | 1 | 0 | 1 | 2:3 | 3 |
4. | Olimpiakos | 2 | 0 | 0 | 2 | 2:5 | 0 |
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində