idman

"Qarabağ"dan antirekordlar

  • 27 Sep 2017
  • 249 baxış

"Qarabağ"ın U-19 komandası üç antirekorda imza atıb.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi İtaliyanın "Roma" klubuna 0:3 hesabı ilə uduzaraq, komandalarımızın Gənclər Liqasındakı çıxışları tarixinə düşüb.
 
Apenninlilərə yenilgi Gənclər Liqasında ilk böyükhesablı ev məğlubiyyəti olub. İndiyədək heç bir komandamız öz meydanında belə böyük fərqlə uduzmadığından "Qarabağ" antirekordçu olub.
 
İlk oyununda "Çelsi"dən 5 cavabsız qol buraxan Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ən çox böyükhesablı məğlubiyyət alan Azərbaycan klubudu. Heç bir təmsilçimiz iki belə yenilgi almayıb.
 
İki oyunda 8 top buraxan "Qarabağ" buraxılan qol sayında antirekordçudu. "Qəbələ" 7, "Rəvan" 4 top buraxıbsa, ağdamlılar bu iki komandanı arxada qoyub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR