Siyasət

Xalça Muzeyinin əməkdaşları təltif ediliblər

  • 27 Sep 2017
  • 345 baxış

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Abasova Aygün Elşad qızı

Səlimov Yalçın Ramiz oğlu.

Dövlət başçısı Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:

Ağayeva Püstə Tofiq qızı

Məlikova Təranə Nadir qızı

Zeynalova Rəma Mais qızı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR