Azərbaycanı təkidlə "Böyük 20-liy"ə də dəvət edəcəklər
Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda reytinqdə 35-ci yerə yüksəlməsi çox böyük hadisədir.
Bu barədə XalqTV.com-a açıqlamasında Milli Məclisin komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə deyib.
/>
Onun sözlərinə görə, bu ölkədə görülən müvafiq işlərin nəticəsində mümkün olub: "Biz 3 il əvvəl "Qlobal Rəqabətlilik Hesabatı"nda reytinqdə 37-ci yerdə idik. 2015-ci ildə 39-cu yerə düşdük. Ötən il yenidən 37-ci pilləyə qalxdıq. Bu il isə 35-ci pilləyə yüksəldik. Yəni Azərbaycan 2 il ərzində 4 pillə irəliləyə bilib. Bütün bunların hamısı Azərbaycan dövlətinin və şəxsən onun prezidentinin ölkədə iqtisadiyyatın çoxşaxəli olması, regionların və sahibkarlığın inkişafına göstərilən qayğı nəticəsinə mümkün olub. Azərbaycan manatı stabilləşib, ölkədə inkişaf mərkəzi artıq çoxdan paytaxtdan regionlara keçib, bu gün iqtisadi fəallıq üçün çox ciddi liberallaşma aparılıb. Həmçinin, hesabatlılığın, vergi ödəyiciliyinin şəffaf aparılması da bu sahəyə diqqətin arıtırılmasına gətirib çıxarıb".
/>
A.Mirzəzadə hesab edir ki, dünyada artıq inkişafın Azərbaycan modeli yaranıb: "Azərbaycandan daha əlverişli coğrafi vəziyyətə malik və təbii sərvətləri çox olan ölkələr var ki, onlar reytinqdə bizdən qat-qat geridədirlər. Həmçinin, bizimlə yanaşı digər ölkələr də öz iqtisadiyyatını gücləndirmək üçün çalışırlar. Azərbaycanın düşdüyü ilk 40-lıqda dünyanın inkişaf etmiş ölkələri yer alıb. Kiçik bir ölkənin öz təbii resurslarına söykənərək, müstəqil daxili və xarici siyasətini yürüdərək 35-ci yeri tutması dünyada inkişafın bir Azərbaycan modelinin yarandığını, Azərbaycan standartlarının dünya tərəfindən doğurdan da, qəbul olunan standartlar olduğunu göstərir".
/>
Millət vəkilinin qənaətincə, bir müddət sonra Azərbaycan "Böyük 20-lik" ölkələrindən biri olacaq: "Heç bir şübhəm yoxdur ki, Azərbaycan rəqabətlilik reytintinqə 20-ci, daha sonra isə 10-cu yerlərə gedib çıxa biləcək. Şübhə etmirəm ki, vaxt gələcək heç də uzaq olmayan dövrdə Azərbaycanı təkidlə "Böyük 20-liy"ə də dəvət edəcəklər və bizimlə bir yerdə olmaq artıq dünyanın aparıcı dövlətləri üçün böyük bir fəxarət olacaq. Vaxtilə "Azərbaycan dünyaya bir günəş kimi doğacaq" deyən Ulu öndər Heydər Əliyevin sözlərində çox böyük siyasi yük və strateji uzaqgörənlik var idi. Hesab edirəm ki, ötən illər ərzində görülən işlər öz nəticəsini verib. Buna ancaq sevinmək lazımdır və hər kəs bu işdə fəallığını artırmalıdır".
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən XalqTV.com-a verilən məlumatına görə, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Azərbaycan dünyanın ən mötəbər reytinqində ölkələrin hər 4-dən 3-ü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-ə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində