idman

Villaş-Boaş cəzalandırılıb

  • 27 Sep 2017
  • 246 baxış

Asiya Futbol Konfederasiyası (AFC) "Shanghai SIPG" klubunun baş məşqçisi Andre Villaş-Boaşı cəzalandırıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, portuqal mütəxəssis Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində "Guangzhou Evergrande" ilə cavab matçından sonra rəqib və baş hakimi tənqid etdiyinə görə 14 min dollar cərimələnib.

Villaş-Boaşın komandası sentyabrın 12-də "Guangzhou Evergrande"yə 1:5 uduzsa da, penaltilər seriyasında daha dəqiq oynayaraq yarımfinala çıxmışdı. Matçdan sonra gənc məşqçi rəqibi komandasının avtobusu önündə bir neçə qəza vəziyyəti yaratmaqda ittiham etmişdi. O, növbəti dəfə oxşar açıqlamalar verdiyi halda daha ciddi cəza alacaq.

Daha öncə Andre Villaş-Boaş Çin çempionatında baş tutan "Shanghai SIPG" - "Guangzhou Fuli" oyununda kütləvi davaya görə 2 oyunluq diskvalifikasiya edilmişdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR