idman

"Qalatasaray"ın bombardirlərindən biri sıradan çıxıb

  • 27 Sep 2017
  • 264 baxış

"Qalatasaray"ın yarımmüdafiəçisi Tolqa Ciğerci 2-3 həftə meydana çıxmayacaq.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, klubun həkimi Yerel İnce onun bir müddət istirahət etməsini vacib sayır.

"Sağ ayağında keçmiş zədəsi təzələnə bilər. 2-3 həftə fasilə verməlidir. Fədakarlıq göstərib meydana çıxır. "Karabükspor" və "Konyaspor"la oyunlarında istirahət edə bilər. Milli komandaya çağrılsa, həkim arayışlarını göndərəcəyik. Əks halda, daha uzun müddətə sıradan çıxa bilər" - İnce qeyd edib.

Tolqa "Qalatasaray"ın "Bursaspor"la keçirdiyi son oyununda komandasının qələbə topunu vurmuşdu. Ümumilikdə 6 Superliqa matçına çıxan Ciğercinin aktivində 5 qol var.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR