idman

Bu ölkədə stadiona ilk dəfə qadın gəldi

  • 26 Sep 2017
  • 236 baxış

Səudiyyə Ərəbistanında ilk dəfə stadiona qadın ayağı dəyib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, qadınlar dövlətin qurulmasının ildönümü münasibətilə təşkil olunan tədbir çərçivəsində Ər-Riyadda yerləşən Kral Fəhd adına stadiona buraxılıb.

"Ümid edirik ki, gələcəkdə stadionlara manəsiz gələ biləcəyik. Uzun illər qadınlara kişilərlə bərabər hüquqların verilməsini gözləyirəm" - tədbir iştirakçısı Umm Abdurrahman deyib.

Səudiyyə Ərəbistanında şəriət qaydalarına ciddi əməl olunur. Bu ölkədə qadınlarla kişilərin eyni məkanda birlikdə olması qadağandır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR