idman

"Qarabağ" - "Roma" oyunu yağış altında keçəcək - Nazirlik

  • 26 Sep 2017
  • 249 baxış

Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Roma" oyununun keçiriləcəyi saatlarda Bakıda yağış yağacağı gözlənilir.

XalqTV.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcək, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Yağışın axşam saatlarında da davam edəcəyi gözlənilir.

Beləliklə, saat 20:00-da Bakı Olimpiya Stadionunda "Qarabağ" - "Roma" oyunu yağış altında keçəcək.

Axsam Bakıda havanın temperaturu 17-18 dərəcə isti olacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR