idman

Millimiz darmadağın oldu

  • 26 Sep 2017
  • 267 baxış

Tbilisidə təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, oyun meydan sahibi komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin hər iki qolunu Samir Qasımov vurub.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun sentyabrın 27-də keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR